Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universiteti daha bir beynəlxalq konfransda təmsil olunub.

   Genişmiqyaslı əlaqələrə malik olan Universitetin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli “Avropa Universitetləri Konfransı -2021” adlı beynəlxalq tədbirdə iştirak edib. Qeyd edək ki, bu konfrans Avropa qitəsinin müxtəlif yerlərindən yüzlərlə universitet və kolleci, beynəlxalq təhsil idarəçilərini və işəgötürənləri bir araya gətirən ilk interaktiv konfransdır.

   20 milyondan çox tələbədən ibarət beynəlxalq bir cəmiyyət - “Docsity”nin ev sahibliyi etdiyi konfrans, iştirakçılar tərəfindən maraqla qarşılanıb. 3 saata yaxın vaxt ərzində təhsil müəssisələrində təhsilin davamlılığını təmin etmək, beynəlxalq əməkdaşlığın təşviqini həyata keçirmək, tələbələrin işə qəbulu və karyera imkanlarına dəstək olmaq məqsədilə fikir mübadiləsi aparılıb.  

   Maraqlı anlarla yadda qalan konfransda təhsildə yeni trendlər, yenilikçi vasitələr və sabahın təhsili ilə əlaqəli bütün aspektlər virtual şəkildə müzakirə edilib.

    Xatırladaq ki, konfransda İngiltərə, Fransa, Polşa, Türkiyə və digər ölkələrdən nüfuzlu universitetlərinin əməkdaşları mövzu ilə bağlı çıxış ediblər.