Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universiteti “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dosent Nüşabə Məmmədova Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə nümunəvi dərs keçib

    “Aşıq Ələsgər - 200” mövzusunda keçirilən dərs şagirdlər tərəfindən maraqla qarşılanıb. Dərsdə qeyd olunub ki, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş, qədim tarixə malik olan aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış böyük söz ustadı Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. 2021-ci ildə isə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 fevral 2021-ci ildə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanmışdır. Dosent deyib ki, adıçəkilən sərəncam ədəbiyyatımıza göstərilən diqqət və qayğının bariz ifadəsidir.

  Aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin həyat yolu, zəngin irsi haqqında geniş məlumatın verildiyi dərsin sonunda şagirdləri maraqlandıran suallar da cavablandırılıb.