Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universiteti “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov Heydər Əliyev adına tam orta məktəbdə nümunəvi dərs keçib

 
  “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən ali təhsil müəssisələri, elm ocaqları tərəfindən keçirilən nümunəvi dərslər davam edir.

  Universitetin “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov tərəfindən, Heydər Əliyev adına tam orta məktəbdə "Qədim Roma dövləti" mövzusunda keçirilən dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.

  Dərsdə qeyd olunub ki, Qədim Roma əvvəlcə şəhər-dövlət, Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət kimi tarixdə qalıb. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq: çarlıq, respublika, imperiya və ya prinsipat dövrü və dominat olmaqla, üç dövrə bölünür. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Mehman Şabanov vurğulayıb ki, Roma mədəniyyəti isə tarixdə qızıl hərflərlə yazılmış mədəniyyətlər arasındadır. Qədim dövrdə memarlığa bir sıra yeniliklər gətirən romalıların inşa etdikləri binalar bu gün də insanlar tərəfindən böyük maraqla qarşılanır. Hər il yüz minlərlə insan bu mədəniyyəti görmək üçün bura səyahət edir.

  Qədim Roma dövləti haqqında geniş məlumatın verildiyi dərsin sonunda şagirdləri maraqlandıran suallar da cavablandırılıb.