Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Əcnəbi tələbələr arasında Naxçıvanın 95 illiyinə həsr olunmuş yarış keçirildi

08.02.2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş xarici ölkələrdən muxtar respublikada təhsil alan gənclər arasında “Mən Naxçıvan haqqında nə bilirəm” mövzusunda bilik yarışması keçirilmişdir. Yarışda Naxçıvan Dövlət Universitetində və Naxçıvan Universitetində  təhsil alan əcnəbi tələbələr iştirak etmişdir.

I yerə “Naxçıvan” Uinversitetinin İqtisadiyyat ixtisası üzrə I kursunda təhsil alan magistrantı MD Khairuzzaman layiq görülmüşdür. Eyni zamanda MD Salah Uddin adlı digər bir tələbəsi də həvəsləndirici yeri tutduğuna görə təltif olunmuşdur.