Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Müasir dövrdə gənclərin tərbiyəsində islamın rolu” mövzusunda konfrans keçirilib

Konfransı giriş sözü ilə açan  universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Azərbaycanda mövcud olan dini tolerantlıq, multikulturalizm ənənələrinin təbliği sahəsində görülən işlərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinin zəruriliyindən danışıb, bu baxımdan konfransın xüsusi önəm daşıdığını qeyd edib.Daha sonra  Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevin “Cəmiyyətin inkişafında islamın rolu” və universitetin “Dinşunaslıq” kafedrasının müəllimi Sabir Xəlilovun  “Müasir gəncliyin əxlaqında islamın rolu” mövzusunda çıxışları dinlənilib.

 Qeyd edilib ki, qeyri-İslami icmalar olmayan muxtar respublikada da radikal və dini nifrət yayan cərəyanlara, qondarma dini təriqətlərə, zərəli dini ideyalara qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparılır, bu işə gələcəyin   dinşünaslarında cəlb olunması zəruridir.

 Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.