Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Müasir dövrümüzdə şəxsiyyətin formalaşmasının pedaqoji-psixoloji problemləri” mövzusunda konfrans keçirildi

“Naxçıvan” Universitetində Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Müasir dövrümüzdə şəxsiyyətin formalaşmasının pedaqoji-psixoloji problemləri” mövzusunda konfrans  keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki,şəxsiyyətin formalaşmasına müsbət amillər təsir göstərir.

Göstərilən amillərin  təsir nəticəsi də müxtəlifdir. Şəxsiyyətin formalaşması müxtəlif dövrlərdə  aktual olmuş və hal-hazrda aktual olaraq qalmaqdadır. Şəxsiyyətin inkişafına təsir göstərən amilləri araşdırmaq üçün onun istiqamətlərini  müəyyə etmək lazımdır. Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, şagirdlərin özünü tərbiyəsini,psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasına imkan yaradan həmin təsirlərin müxanizmləri də öyrənilir. Şəxsiyyətin təşəkkül və formalaşmasında mühüm əhəmiyyət kəsb edən özünügerçəkləşdirmə sistemi olmamışdır. O da vurğulanmışdır ki, şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Şəxsiyyətin formalaşması daxili və xarici amillərin təsiri altında baş verir.

Konfransda Pedaqogika və psixologiya kafedrasının müəllimləri Aytən Məmmədovanın “Çətin uşaqların şəxsiyyət olaraq formalaşması və ona təsir edən amillər”,   Təranə Əliyevanın “Psixoloji ədəbiyyatda şəxsiyyət pozuntuları problem”,Aygün Rüstəmovanın “Autizimli uşaqların şəxsiyyət olaraq formlaşmasının psixoloji mahiyyəti”, “pedaqogika nəzəriyyəsi və tarix” ixtisasının I kurs tələbəsi Rübabə Həsənovanın “Müasir dövrümüzdə gənclərin şəxsiyyət kimki formalaşmasında social şəbəkələrin rolu” mövzularında çıxışıları dinlənilmişdir.