Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Müasir Azərbaycan iqtisadiyyatı: uğurlar və perspektivlər” mövzusunda konfrans keçirilib

  “Naxçıvan” Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Müasir Azərbaycan iqtisadiyyatı: uğurlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə İqtisadiyyat kafedrasının müdiri, dosent Dilsuz Qasımov açaraq bildirib ki, müasir dövrümüz dünya iqtisadiyyatının biliklər, texnologiyalar və innovasiyalar əsasında formalaşması və inkişaf etdirilməsi ilə xarakterizə olunur. Son illər Azərbaycanın sosial-iqtisadi həyatının modernləşdirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlı yüksəlişə nail olmuş, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Daha sonra İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədovun “Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsində”, İqtisadiyyat kafedrasının müəllimi, dosent Əli Cabbarovun “Azərbaycan turizminin gələcək inkişaf perspektivləri”, “İqtisadiyyat” ixtisasında təhsil alan II kurs tələbəsi Əlvanə Qasımlının “Azərbaycanın davamlı iqtisadi inkişafı qələbəmizin rəhnidir” mövzularında çıxışları dinlənilib.

Bildirilib ki, ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması üçün elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya siyasətinin səmərəsinin artırılması mühüm fəaliyyət istiqamətləri hesab olunmuş, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin, biznes inkubatorlarının şəbəkəsinin genişləndirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur.

Qeyd olunub ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağın azad edilməsi uğrunda aparılan 44 günlük müharibə təkcə bu regionda deyil, bütün dünyada çox geniş rezonans doğurub. Bununla da Azərbaycanın region üçün ən etibarlı tərəfdaş olduğu tam olaraq öz təsdiqini tapdı, eləcə də regionda Azərbaycanın iştirakı ilə yeni iqtisadi layihələrin işlənməsinə zəmin yaratdı. Bu layihələr bir tərəfdən Naxçıvan Muxtar Respublikasının birbaşa olaraq Azərbaycanın əsas hissəsinə çıxış yolunun açılması və bununla əlaqədar olaraq Frankfurt-İstanbul-Şanxay ticarət dəhlizində Qarabağın da çox mühüm mövqe qazanması, digər bir tərəfdən isə ölkəmizdə qeyri-neft sektoru və ixrac marşrutları üçün yeni perspektivlərin yaranması baxımından da əsas arqumentlər kimi gələcəkdə çox müzakirə olunacaq.