Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Keyfiyyətə Nəzarət Mərkəzlərinin yaradılmasının əhəmiyyəti” mövzusunda treninq keçirildi

Treninqi giriş sözü ilə açan ali təhsil ocağının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Rəcəb Cəfərli treninq haqqında məlumat vermişdir. Bildirib ki, treninqin məqsədi keyfiyyətə nəzarət mexanizminin və mərkəzlərinin yaradılması, universitet heyətlərinin şöbə və onun funksiyası haqqında məlumatlanması, onlayn platformanın yaradılması, keyfiyyətə nəzarət sistemlərinin inkişaf etdirilməsidir.

Qeyd edib ki, Bloomun təsbit etdiyi tədrisin 6 mərhələsi son 40 il boyunca tədris prosesində tələbələrin düşünmə bacarıqlarını inkişaf etdirmək üçün istifadə edilməkdədir. Blooma görə tədris prosesinin başlanğıcından bəri səmərəli tədris mühiti təmin edilmişdirsə istənilən məlumatı  istənilən şəxsə öyrətmək mümkündür. Bloom yaratdığı tam öyrənmə modelində məktəb və kurs kimi ictimai təhsil verilən müəsisələrdə  fərdi fərqliliklərin səbəblərini incələmək və bu cür fərdi fərqliliklərin tələbə məktəb və cəmiyyətin faydasına olacaq şəkildə minimuma endirmək üçün zəruri addımları izah etməkdədir.