Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“İqtisadiyyat” kafedrasında Elmi Tədqiqat İşlərinin növbəti iclası keçirildi

 

30 noyabr 2018-ci il tarixdə  “İqtisadiyyat”  kafedrasında ETİ-nin növbəti  iclası keçirildi. İclasda kafedranın dosenti Əli Xeybər oğlu Cabbarovun “Naxçıvan Muxtar Respublikasının  ekoturizm məzmunlu turizm marşrutlarından istifadə yolları” mövzusunda, kafedranın baş müəllimi Mayisə Məmməd qızı Abbasovanın “Naxçıvan MR-də ərzaq resurslarının tarazlı inkişafı və onun təhlükəsizliyi” və  kafedranın müəllimi Hikmət Nadir oğlu Həsənovun “Milli iqtisadiyyatda turizmin rolu və onun idarə edilməsi”  mövzusunda  müzakirələri dinlənildi. Kafedra müdiri dosent Dilsuz Qasım oğlu Qasımov iclasda qeyd etdi ki, tədqiqatçıların elmi-tədqiqat işlərinin hər birində aktual bir sahə araşdırılıb tədqiq olunmuşdur. Kafedra əməkdaşları tədqiqatçıların hazırladığı elmi-tədqiqat işlərinin müzakirəsində verdikləri suallar əsasında  müasir dövrün iqtisadiyyatına uyğun elmi araşdırmaları qənaətbəxş hesab etdilər.