Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“İqtisadiyyat” kafedrasında Elmi Tədqiqat İşlərinin iclası keçirildi

19 oktyabr 2018-ci il tarixdə  “İqtisadiyyat”  kafedrasında ETİ-nin iclası keçirildi. İclasda kafedranın müdiri dosent Dilsuz Qasım oğlu Qasımovun “İstehsal  vasitələri  bazarının   təşkili, idarə  edilməsi  istiqamətləri” mövzusunda və  kafedranın müəllimi dosent Ceyhun İlham oğlu Mahmudovun “Naxçıvan MR-də sahibkarlıq fəaliyyətinin inkişafının tənzimlənməsi istiqamətləri və istifadə mexanizmləri”  mövzusunda  müzakirələri dinlənildi.

Müzakirədə kafedra müdiri dos.D.Q.Qasımov çıxış edərək qeyd etdi ki, kafedrada 2016/2020-ci illərdə keçiriləcək Elmi Tədqiqat İşləri “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” istiqaməti üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf  problemlərinə uyğun  müəyyən edilmişdir. İclasda qeyd olundu ki, Elmi Tədqiqat İşləri tələbata uyğun hazırlanmış, mövzulara uyğun müəyyən nəticəyə gəlinmiş və təkliflər irəli sürülmüşdür. Tədqiqatçılar elmi tədqiqat işlərinin aktuallığından və əldə olunan elmi yeniliklərdən danışaraq verilən sualları cavablandırmışlar.