Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“İdarəetmə” kafedrasında Elmi Tədqiqat İşlərinin iclası keçirildi

 

19 oktyabr 2018-ci il tarixdə  “İdarəetmə”  kafedrasında ETİ-nin iclası keçirildi. İclasda kafedranın müdiri dosent İradə Vətən qızı Bağırovanın “Naxçıvan MR-da sahibkarlığın inkişafına təsir edən amillərin təsnifləşdirilməsi və təhlili” mövzusunda və  kafedranın müəllimi İsmayıl  Bağır  oğlu  Bağırovun “Vergi inzibatçılığının təkmilləşdirilməsinin sahibkarlıq fəaliyyətinə təsiri”  mövzusunda  müzakirələri dinlənildi. İclasda qeyd olundu ki, Elmi- tədqiqat İşləri tələbata uyğun hazırlanmış, mövzulara uyğun müəyyən nəticəyə gəlinmiş və təkliflər irəli sürülmüşdür. Tədqiqatçılar elmi- tədqiqat işlərinin aktuallığından və əldə olunan elmi yeniliklərdən danışaraq verilən sualları cavablandırmışlar. Elmi -tədqiqat işlərinə müsbət rəylər verilmişdir.