Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi konfrans keçirilib

  “Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının təşkilatçılığı ilə 18 oktyabr Müstəqillik Gününə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” adlı konfrans keçirilib.

Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlanıldı.

Vurğulanıb ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad edir.

Daha sonra “Ümumi tarix” kafedrasının müəllimləri professor Əziz Novruzlunun “XX əsrin 80-cı illərindən başlayaraq müstəqilliyə gedən yol”, Rəna Qurbanovanın “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzularında və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasının IV kurs tələbəsi Məhərrəm Həsənovun “Azərbaycan gənci müstəqillik illərində” mövzusunda çıxışı dinlənilib.

Bildirilib ki, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Dövlət müstəqilliyimiz isə dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev tərəfindən xilas edildi, Azərbaycan müstəqil dövlət kimi hərtərəfli və davamlı inkişaf yoluna çıxarıldı. Sevindirici haldır ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları bu gün daha da möhkəmlənir. Xalqla dövlət birliyi nəticəsində inkişaf və tərəqqi istiqamətində mühüm nailiyyətlər əldə edilir. Bunu blokadada olmasına baxmayaraq, misli görünməmiş şəkildə inkişaf edən, sosial-iqtisadi, mədəni tərəqqi yolu ilə irəliləyən Naxçıvan Muxtar Respublikasının timsalında da aydın şəkildə görmək olar.

Sonda 18 oktyabr Müstəqillik Gününə həsr olunmuş “Axtar-tap” intellektual oyunun qalibləri mükafatlandırılıb və Pedaqoji fakültənin tələbələri tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır!” adlı videoçarx nümayiş olunub.