Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi” mövzusunda debat keçirilib

“Naxçıvan” Universitetində İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi” mövzusunda debat keçirilib.

   Tədbirdə çıxış edən İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə bildirib ki, debatın keçirilməsində məqsəd tələbələrin müxtəlif mövzular üzrə biliklərinin artırılması, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmini, onlarda intellektual oyunlara və ünsiyyətin genişlənməsinə maraq yaratmaqdır.

Sonra universitetin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Aysel Abbasova çıxış edərək debatın qaydaları və mövzunun aktuallığından vurğulayıb. Bildirib ki, Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlaraına yiyələnmək iddası dayanır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.

Daha sonra Dağlıq Qarabağın hazır ki, durumunu özündə əks etdirən videoçarx nümayiş olunub. Debat digər iştirakçıların çıxışları ilə davam edib. 

Tədbirin sonunda yekun nəticə ilə  “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Gülçin Ağayeva çıxış edib.