Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Azərbaycan dilinin aktual problemləri: köhnəlmiş sözlər və dialektizimlər ” adlı elmi konfrans keçirildi

 

22 Noyabr 2018-ci il tarixdə “Naxçıvan” Universitetində Azərbaycan dili  və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilinin aktual problemləri: köhnəlmiş sözlər və dialektizm” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat  kafedrasının müdiri Nüşabə Məmmədova açaraq konfransın məqsəd və mahiyyətindən söhbət açıb. Sonra həmin kafedranın müəllimləri professor Sədaqət Həsənovanın “Ədəbi dil və köhnəlmiş söz münasibətləri”, dosent  Qənirə Əsgərovanın “Müasir dilimiz üçün qrammatik arxaizmlər” və dosent Arifə Zeynalovanın “M.Ə.Sabirin dilində köhnəlmiş sözlərin leksik-semantik xüsusiyyətləri” mözularında çıxışları dinlənilib.Çıxışlarda bildirilib ki, hər birimiz milli sərvətimiz olan ana dilimizin daim keşiyində durmalı, onun qorunması sahəsində hər bir vətəndaş öz imkanları çərçivəsində əlindən gələni etməlidir. 

O da diqqətə çatdırılmışdır ki, təəssüf ki, bəzi hallarda elmi konfranslarda, mədəni-kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, eləcə də elmi məqalələrdə Azərbaycan dilinin üslub və qrammatik qaydalarına riayət olunmur.

Sonda tədbir iştirakçıları mövzu ilə bağlı slayda baxıblar.