Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“AXC-nin yaradılması Azərbaycan dövlətçilik ənənələrinin davamıdır” mövzusunda elmi konfrans keçirilib

  “Naxçıvan” Universitetində 28 May - Respublika Gününə həsr olunmuş “AXC-nin yaradılması Azərbaycan dövlətçilik ənənələrinin davamıdır” mövzusunda elmi konfrans keçirilib.

    Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, iki ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Qeyd edib ki, Müsəlman Şərqində ilk demokratik Respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik ictimai-siyasi və xalqımızın milli oyanışı proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı. Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi nəzərdən keçirilən müstəqil cümhuriyyətin yaranması xalqımızın siyasi şüur səviyyəsinin yetkinliyindən xəbər verir. Tarixə nəzər salsaq görərik ki, qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha çətindir. Bunun üçün fenomen şəxsiyyət lazımdır. Odur ki, Azərbaycan XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdə bu müstəqilliyin yenidən məhvə məhkum olunmaq təhlükəsi yarananda xalq üzünü o zaman Naxçıvanda yaşayan görkəmli dövlət xadimi Heydər Əliyevə tutdu. Bu dahi şəxsiyyət xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Beləliklə, 1918-ci ilin 28 mayında müstəqilliyinin təməlini qoyan, lakin qoruyub saxlaya bilməyən xalq müstəqilliyini 1993-cü ilin iyunundan sonra böyük şəxsiyyət Heydər Əliyevin zəkası sayəsində qoruyub daha damöhkəmləndirdi. Ulu öndərin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın müstəqilliyinin əbədiliyi təmin olundu.

Daha sonra “Ümumi tarix” kafedrasının dosenti Elçin Zamanovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Milli hökümətin və parlamentin fəaliyyəti” mövzusunda, “Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Aysel Abbasovanın “Azərbaycan diplomatik heyətinin Paris sülh konfransında fəaliyyəti” mövzusunda, Gülçin Ağayevanın “Azərbaycan Xalq Cümhuriyyətinin yaxın xarici dövlətlərlə münasibətləri” mövzusunda və Pedaqoji fakültənin dekanı Nurlana Əliyevanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyatımızda istiqlal fikirləri” mövzusunda çıxışları dinlənilib.

Sonda AXC –nin fəaliyyəti haqqında slayd nümayiş olunub.