Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Ailə büdcəsinin tərtibi və onun tətbiqi” mövzusunda konfrans keçirilib

  “Naxçıvan” Universitetinin “İdarəetmə” kafedrasının təşkilatçılğı ilə “Ailə büdcəsinin tərtibi və onun tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.

  Konfransı giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ailə büdcəsi hər bir ailənin gəlir və xərclərini əhatə edir və bunun əsasında ailələr öz yaşayış standartlarını müəyyənləşdirirlər. Hər bir ailənin bir gəlir mənbəyi vardır. Ailə büdcəsi hazırlanarkən də onun aylıq və ya illik gəliri, bunun da əsasında qida, geyim, təhsil, tibbi, nəqliyyat, istirahət və sair kimi ailə xərcləri əsas götürülür. Dövlət büdcəsi kimi, ailə büdcəsi də həyati əhəmiyyətlidir. Onun necə idarə edilməsini büdcəyə baxmaqla müəyyən etmək olar.

Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Xəlil Vəlizadənin “Fərdi büdcənin idarəolunması” və universitetin “İdarəetmə” kafedrasının müəllimi Qənbər Xudiyevin “Ailə büdcəsinin tərtibi, tətbiqi və onun müsbət xüsusiyyətləri” mövzularında çıxışları dinlənilib.

Bildirilib ki, ailə büdcəsi ailənin cari ay üçün bütün xərcləri və mənfəətini göstərir. Real ehtiyaclara əsaslanmış planlaşdırma hər bir ailənin malik olduğu müxtəlif gəlir mənbələrini qiymətləndirməyə və ondan səmərəli istifadəyə səbəb olur. Belə ki, yaxşı düşünülmüş büdcəsi olan ailələrdə gözlənilməz xərclər yarandıqda onun iqtisadi vəziyyəti ağırlaşmır. Belə ailələrdə böyüyən uşaqlar da qazanılan pulun dəyərini daha yaxşı bilir və onlar gələcəkdə ailənin böyük yaşlı fərdi olduqda bu baxımdan məsuliyyətli olur, ailə büdcəsinə, onun planlaşdırılmasına ciddi yanaşırlar. Araşdırmalar göstərir ki, büdcənin ailə üzvlərinin hər birinin iştirakı ilə tərtib olunduğu belə ailələrdə ailədaxili münasibətlər də daha səmimi və mehriban olur, maddi sıxıntılar çox az müşahidə edilir.