Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Ailə üzvlərinin aliment öhdəlikləri” mövzusunda elmi-praktiki konfrans keçirilib

  İyunun 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə “Naxçıvan” Universitetinin birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təşkil edilən “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində növbəti maarifləndirici konfrans keçirilmişdir.“Ailə üzvlərinin aliment öhdəlikləri” mövzusunda təşkil edilən tədbirdə universitetin  müəllim və tələbə kollektivi iştirak etmişdir.

  Konfransı giriş sözü ilə universitetin rektoru Nurlana Əliyeva açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

  Nazirliyin əməkdaşları Reyhan Sadiqovanın “Valideynlərin, uşaqların, ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri”, Həbibə Əliyevanın “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri və alimentin ödənilməsi barədə saziş”, Rəşad Allahverdiyevin “Alimentin ödənilməsi və tutulması qaydası”, universitetin müəllimləri Emilya  Süleymanovanın  “Boşanmış ailələrdə uşaqların mənəvi ehtiyaclarının ödənilməsi və ünsiyyət mexanizmi” və Təranə Əliyevanın “Valideynlər arasındakı münasibətin uşaqlara psixoloji təsiri” mövzusunda çıxışları dinlənilib.

  Konfransda alimentin uşaqların saxlanılmasında, onların gələcək fəaliyyətlərinə təsirindən bəhs edilmiş, aliment öhdəlikləri, ödənilməsi və tutulması qaydaları ilə bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılmışdır. Bildirilib ki, aliment tərəflərin razılığı ilə müqavilə əsasında və yaxud məhkəmə qərarının əsasında ödənilə bilər. Uşaqlar valideynlərinin boşanmasına görə hər hansı məhrumiyyətə düçar olmamalı, hər iki valideyn onların normal böyüməsi, yetişməsi üçün tam şərait yaratmağa çalışmalıdır. Valideynlər uşağın tərbiyəsində, eləcə də maddi ehtiyaclarının qarşılanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar.

  Konfransda boşanmış ailələrdə böyüyən uşaqların maddi-mənəvi ehtiyaclarının ödənilməsi, həmin qrupdan olan uşaqların psixoloji durumunun yaxşılaşdırılmasına istiqamətlənən məsələlərə diqqət çəkilmiş, bu sahədə  vacib nüanslara toxunulmuşdur.

  Sonda mövzu ətrafında diskusiyalar aparılmış və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.