Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Əhalinin ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirildi

“Naxçıvan” Universitetində iqtisadiyyat fakültəsinin  təşkilatçılığı ilə “Əhalinin ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.  Konfransı giriş sözü ilə universitetin tədris  və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə  doktoru Hüseyn Bağırsoylu açıb.

Bildirilib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verir. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan çoxşaxəli islahatlar ölkəmizin iqtisadi qüdrətini, siyasi nüfuzunu daha da artırıb.H.Bağırsoylu onu da vurğulayıb ki, bu gün respublikamızda hər bir vətəndaşın yüksək keyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir.  

Konfransda iqtisadiyyat kafedrasının müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun “Aqrar siyasət  və ərzaq təhlükəsizliyi problemləri”, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasovun “Naxçıvan Muxtar Respublikasının ərzaq təhlükəsizliyinin təminatında aqrar sahənin mövcud vəziyyəti və inkişaf perspektivləri”  İqtisadiyyat ixtisasının II  kurs tələbəsi Məhərrəm Həsənovun “Aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyi üçün başlıca amildir”  mövzusunda çıxışları dinlənilib.

Çıxış  edənlər ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar resublikamızda aparılan iqtisadi siyasətin uğurlu nəticələrindən danışıblar.