Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Ödənişlərin onlayn və POS-terminallarla qəbulu” mövzusunda tədbir keçirilib

    “Naxçıvan” Universitetinin  və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Ödənişlərin onlayn və POS-terminallarla qəbulu” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilmişdir. Dövlət proqramına uyğun olaraq keçirilən tədbirlərdə müəllim və tələbələrə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi və onların nağdsız qaydada əməliyyatların aparılmasına təşviq edilməsi istiqamətində aidiyyatı dövlət orqanı ilə birlikdə maarifləndirici görüşlər keçirilir. Ötən əsrin sonlarından dünya gündəmində yer alan eletron ticarət, demək olar ki, yeni əsrin əsas ticarət növünə çevrilib. Ölkəmizdə, o cümlədən onun ayrılmaz hissəsi olan Muxtar Respublikamızda da bu ticarət növünün daha geniş tətbiqi üçün lazımi şərait var.

   Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, nağdsız ödənişlərlin əhatə dairəsinin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Belə ki, 01 mart 2021-ci il tarixinə muxtar respublikada 1429 POS- terminal aparatı quraşdırılıb. Əlavə olaraq 2021-ci ilin yanvar və fevral aylarında nağdsız ödənişlərin həcmi 17 milyon 764 min 265 manata çatdırılmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 450 min  133 manat çoxdur. Həmçinin, vətəndaşların nağdsız ödənişlərə marağının daha  da artırılması məqsədilə ildə iki dəfə olmaqla “Nağdsız ödəyin, hədiyyə qazanın!” adı ilə həvəsləndirici tədbirlər keçirilir. Bu günə kimi keçirilən ümumilikdə  14 tirajda 3857 muxtar respublika sakininə 240 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunub.

   Ardınca Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Elçin Babayev bildiribdir ki, muxtar respublikada əksər müəssisə və təşkilatlarda, təhsil, səhiyyə və digər sahələrdə işləyənlərin, həmçinin pensiyaçı və təqaüdçülərin  əməkhaqqları, pensiya və müavinətləri plastik kartlar vasitəsilə nağdsız qaydada ödənilir. Diqqətə çatdırıb ki, nağdsız ödənişlərdən istifadə büdcəyə nəzarət imkanı verir. Vətəndaşlar, həmçinin vergi, sosial, sığorta və digər ödənişləri qısa zaman ərzində onlayn və POS-terminallar vasitəsilə də rahat şəkildə həyata keçirə bilərlər.

   Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.