ƏCNƏBİ TƏLƏBƏLƏR ÜÇÜN ATICILIQ YARIŞI

   “Welcome to Nakhchivan” devizi altında yola çıxan əcnəbi tələbələr bu dəfə Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzində olublar. Növbəti ekskursiyanı “Naxçıvan” Universiteti ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi  birgə təşkil edib. Ekskursiyanın təşkil edilməsində məqsəd, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərdə atıcılıq idman növünə marağın daha da artırılmasıdır.  Əcnəbi tələbələrin iştirak etdiyi ekskursiyada gənclər Atcılıq Mərkəzinin ərazisində yerləşən ox meydançasında atışlar edib, yarışlar keçiriblər.