Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Şahmat yarışı keçirilib

“Naxçıvan” Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şahmatçılar klubu”nun üzvləri  arasında şahmat yarışı keçirilib. Yarış başlamazdan əvvəl təşkilatın sədri Sənan Əhmədov çıxış edərək muxtar respublikamızda gənclərə göstərilən hərtərfli qayğıdan danışmış, iştirakçılara uğurlar arzulamışdır.

Sonra yarışa start verilmişdir.

Məlumat üçün qeyd edək ki, gərgin mübarizə şəraitində  keçən yarışın nəticələrinə əsasən İqtisadiyyat fakültəsinin tələbəsi Süleyman Məmmədov I  yerə layiq görülmüş, Maliyyə II kurs ixtisasının tələbəsi II yerə, Mühasibat uçotu və  audit ixtisasının I  kurs tələbəsi  Həsənli Məhəmməd III yerə sahib olmuşdur.