Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Şagirdlər “Naxçıvan” Universiteti ilə tanış olublar

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Sabunçu, Suraxanı, Nizami, Xəzər, Nərimanov və Pirallahı rayonlarının məktəblərindən 180 şagird Naxçıvan Muxtar Respublikasına gəlib.

Tur-aksiya çərçivəsində Bakı şəhərindən  gələn şagirdlər Naxçıvan şəhərində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə tanış olublar. “Naxçıvan” Universiteti ilə tanışlıq şagirdlərin marağına səbəb olub.

Ali təhsil ocağında şagirdlərə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra, 6 şöbə var. 2015-ci il sentyabrın 15-də “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir.

Qeyd olunub ki, yaradılmış möhtəşəm şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı hər il artır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.