Zülfiyyə Mehdiyeva

Zülfiyyə Yadulla qızı Mehdiyeva 1992-ci il martın 21-də Naxçıvan şəhərində anadan olmuşdur. 1999-2010-cu illərdə Nehrəm kənd orta məktəbində təhsil alıb, orta məktəbi əla qiymətlərlə bitirmişdir. 2010-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin tarix filologiya fakultəsinin tarix müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2014-2016-cı illərdə Naxçıvan Müəllimlər İnistutunda Pedoqogika tarixi ixtisası üzrə magistatura şöbəsində təhsil alıb.Həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2016-cı ildən Naxçıvan Universitetində Tarix müəllimi vəzifəsində çalışır.