Zakir Məmmədov

Zakir Fəxrəddin oğlu Məmmədov 9 avqust 1992-cu ildə Babək rayon Cəhri kəndində anadan olmuşdur. 1998-2009-ci illərdə  Qəzənfər Əkbərov adına Cəhri kənd №1 li tam orta məktəbində orta təhsil almışdır. 2009-2013-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili almışdır. 2014-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə Magistratura təhsili almışdır.
Əmək fəaliyyətinə 2015-ci ildən Naxçıvan  Universitetinin İdarəetmə fakültəsində tyutor vəzifəsində işləyərək başlamışdır. Hal hazırda “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsində dekan müavini vəzifəsində işləyir və həmin fakültənin kafedrasında müəllim kimi fəaliyyət göstərir.
Əlavə olaraq 2013-cü ildə Qafqaz Universitetlərinin Beynəlxalq Sipfoziumunda iştirak etmiş və sertifikata layiq görülmüşdür.2015-ci ildə “Naxçıvan” Universitetində keçirilən Beynəlxalq İpək Yolu konfransinda iştirak etmiş və sertifikata layiq görülmüşdür. İngilis və fransiz dillərini bilir. Bir sıra komputer proqramlari üzərində işləyə bilir.
Z.F.Məmmədov bir neçə fənn proqramı və məqalələrin müəllifidir.