Zahid Qənbərov

Zahid Paşa oğlu Qənbərov  1989-cü ildə Şərur rayonu Qarxun kəndində anadan olmuşdur. 1995-ci ildə Qarxun kənd  orta məktəbin  I sinfinə daxil olmuş,  2006-cı ildə həmin məktəbi bitirmişdir. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası işlətmə fakültəsində "Mühəndis iqtisadiyyatı və idarəetmə" ixtisasına daxil olmuş, 2010-cu ildə oranı bitirmişdir. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinə daxil olmuş, 2014-cü ildə oranı bitirmişdir. 2008-ci ildən 2009-cu ilədək GSM mağazalar şəbəkəsində kredit mütəxəssisi vəzifəsində işləmiş, 2011-ci ildən  Naxçıvan Dövlət Universitetində müəllim vəzifəsində çalışır, 2013-cü ildən isə Naxçıvan Şəhər Vergilər İdarəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləyir. 2014-cü ilin sentyabr ayından Naxçıvan Özəl Universitetinin, inidiki adı ilə "Naxçıvan" Universitetinin  “İqtisadiyyat” kafedrasının müəllimidir. 2 test kitabı, 1test bankı və 1 dərs kitabının  müəllifidir.