Sərxan Musayev

Sərxan Heydər Oğlu Musayev 16 aprel 1990-ci ildə Şərur rayon Şahtaxtı kəndində  anadan  olub. O 2008-2012-ci illərdə Naxçıvan Dövlət  Universitetinin Alman dili müəllimliyi ixtisasına  daxil olmuşdur. 2012-2014-cü illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrdə zabit  qismində xidmət etmişdir. 2015-2016-cı tədris ilində Almaniyanın München şəhərində yerləşən Ludwig  Maximilians Universitetində ixtisasartırma kurslarının iştrakçısı olmuşdur.Hazırda "Naxçıvan" Universitetinin Xarici dillər kafedrasının müəllimi və Xarici dillər fakültəsinin Dekan müavini vəzifəsində işləyir.