Şəfəq Məhcan qızı Əliyeva 06 oktyabr 1982-ci ildə Naxçıvan şəhərində anadan olub. 1988-ci ildə Naxçıvan şəhər 11 №-li orta məktəbə getmiş, 1999-cu ildə 14 №-li orta məktəbi bitirmişdir. 1999-cu ildə NDU-nun “Təbiətşünaslıq” fakültəsinin Coğrafiya ixtisasına qəbul olmuş, 2003-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə NDU-nun magistratura şöbəsinin “Azərbaycanın fiziki coğrafiyası” ixtisasına daxil olmuş, 2005-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildən etibarən 8 №-li tam orta məktəbdə işləyir. 2014-cü ildə NDU-nun doktorantura pilləsinə qəbul olmuş və hal-hazırda oxuyur. "Naxçıvan" Universitetinin müəllimi vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

Məqalələri:

1.Coğrafiya dərslərində motivasiya məsələləri. NMİ-nin konfrans materialları
2. M. Sidqinin pedaqoji görüşləri NMEA, Xəbərlər cild 10, №2
3. Naxçıvan Muxtar Respublikası ərazisində antropogen  fəaliyyət nəticəsində təbii landşaftların deqradasiyası, Beynəlxalq İpək yolu konfransı 16-17 oktyabr 2015-ci il.
4. Naxçıvan Muxtar Respublikasında əhalinin məskunlaşma dinamikası. Azərbaycan tarixi coğrafiyasının aktual problemləri, Respublika konfransı, 4 aprel 2015-ci il.
5. Kurikulumun əsasları. Proqram. “Naxçıvan” Universiteti, (A.Səfərov).

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image