Səfa Əliyev

     Səfa Əli oğlu Əliyev 1965–ci ildə Culfa rayon Xanağa kəndində anadan olmuşdur. 1972–ci ildə Xanağa kənd orta məktəbinin birinci sinfinə qəbul olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun fizika–riyaziyyat fakültəsinə daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra 1983–cü ildə hərbi xidmətə çağırılmış, 1985–ci ildə hərbi xidməti bitirdikdən sonra yenidən Naxçıvan Dövlət Pedaqoji İnstitutunun 2–ci kursundan ali təhsili davam etdirmişdir. 1989–cu ildə İnstitutu bitirib təyinatla Culfa rayon Xanağa kənd orta məktəbində müəllim işləmişdir. 2005–ci ildən Naxçıvan şəhər Heydər Əliyev adına  orta məktəbdə müəllim işləyir. 2014–cü ildən "Naxçıvan"  Universitetində müəllim işləyir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Məqalələr.

1. Bəzi kompozit materiallarda gərginlik deformasiya vəziyyəti. NDU Elmi əsərlər. Fizika riyaziyyat və Texnika elmləri seriyası. № 9(65),2015.səh.13-17.Sahib Əliyev,Səfa Əliyev,Elşən Məmmədov
2. On Nonlinenar elliptik sekond order equations solution benaviour in unbounded domain. NDU Elmi əsərlər. Fizika riyaziyyat və Texnika elmləri seriyası. № 9(65),2015.səh.30-33. Aliyev Sahib,Aliyev Sefa.
3. Dirak funksiyasının tətbiqi ilə kəsilən funksiyaların törəmələrinin tapılması.Müasir təlim metodları ve yeni pedaqoji texnologiyaların təlim tərbiyyə prosesində tətbiqi mövzusuna həsr edilmiş respublika konfransinin materialları.05 may 2015.səh 224-229. Sahib Əliyev,Səfa Əliyev