Səadət Əkbərova

    Səadət Yaşar qızı Əkbərova 1980-ci il 23 oktyabrda Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Naxçıvan şəhər 11 №-li orta məktəbin I sinfinə daxil olmuş, 1994-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1994-cü ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikomuna daxil olmuş, 1998-ci il 29 iyunda həmin texnikomu bitirmişdir. 1999-cu ildə Naxçıvan Dövlət Universitetinə daxil olmuş, 2003-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 02.05.2005-ci ildən 01.08.2007-ci ilədək AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunda komputer operatoru vəzifəsində işləmişdir. 2007-ci ildə Naxçıvan Özəl Universitetində Pedaqoji fakültə katibi vəzifəsində, 2010-cu ildə Xarici dillər kafedrasında baş laborant vəzifəsində çalışmış, 2012-ci il 5 yanvardan isə  "Naxçıvan" Universitetinin Dizayn və poliqrafiya mərkəzində müdiri vəzifəsində çalışır.