Şahnaz Nəcəf qızı Məmmədova 09.01.1987-ci ildə Culfa rayon Göydərə kəndində anadan olmuşdur. 1993-cü ildə M.Ə.Seyidova adına 15 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2004-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. 2004-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat-informatika ixtisasına daxil olmuş və 2008-ci ildə İnstitutu fərqlənmə ilə bitirmişdir. 2010-cu ildə Naxçıvan Dövlət Universitetində Cəbr topologiya ixtisası üzrə magistraturaya daxil olub və 2012-ci ildə təhsilini başa vurmuşdur. 2012-ci ildən Gəmiqaya Holdinqdə İnsan qaynaqlarında mütəxəssis olaraq işləmiş və 2013-cü ildə  öz ərizəsi əsasında işdən ayrılmışdır. 2014-cü ildən Naxçıvan Universtetində İdarəetmə fakültəsində fakültə katibi vəzifəsində işləyir. 2015-ci ildə Türkiyə Cumhuriyyəti Ankara şəhəri “Psixoloqlar və Psixiyatrlar” dərnəyini müvəffəqiyyətlə bitirmiş və 2015-ci ildən Alpha Ritm Motivasiya Mərkəzinin rəhbəri olaraq fəaliyyətə başlamış və psixoloq kimi fəaliyyətini davam etdirir.

Məqalələr

1.Turizm məhsulunun əlamətləri və ona olan tələbat
2. İdarəetmə psixologiyası


Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image