Pəri Xudaverdiyeva

    Pəri Əsgər qızı Məmmədli, 28 fevral 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan şəhər A.Cəlilov adına 12 №-li orta məktəbin birinci sinfinə daxil olmuş, 2005-ci ildə Naxçıvan şəhər Heydər Əliyev adına orta məktəbi bitirmişdir. 2005-2009-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin Riyaziyyat və İnformatika ixtisasını bitirmişdir. 2009-cu il iyun ayında Naxçıvan şəhər “Real” MMC-də komputer üzrə mütəxəssis vəzifəsində işləmişdir.
2010-cu il iyun ayında  Naxçıvan Universitetinin Pedaqoji fakültə dekanlığında fakültə katibi vəzifəsində işləmiş, 2015-ci il mart ayından “Ümumi işlər və kadrlar” şöbəsində kadr üzrə inspektor vəzifəsində işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.