Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1960-1971-ci illərdə Naxçıvan şəhər 1№-li orta məktəbində təhsilini bitirmiş, 1971-1975-ci illərdə ADPU-nun Coğrafiya fakültəsində bakalavr təhsili almışdır. 1975-ci ildə Azərbaycan SSRİ EA “Kaspi” mərkəzində baş laborant vəzifəsində işə başlayıb. 1977-1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1978-1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb. 1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışmaqdadır. 2004-cü ildə “Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, eyni zamanda 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiridir. 2010-cu ildə Coğrafiya kafedrası üzrə dosent diplomu almışdır.
   1994-cü ildə Naxçıvan şəhər Məclisinin, 1995-ci ildə III çağırış və 2010-cu ildə IV çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilib. Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Əsasən Aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir. Xarici ölkələrdə - Rusiya, Türkiyə, İran, Gürcüstanda beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. "Naxçıvan" Universitetinin “Təbiət elmləri” kafedrasının müəllimi dosent vəzifəsində işləyir. Evlidir. 3 övladı var.

Elmi əsərləri

1.Əylisçay hövzəsinin ekocoğrafi şəraiti. 2-ci Xəzər Beynəlxalq su texnologiyaları konfransının materialları. Azərbaycan respublikası “ Azərsu” açıq səhmdar cəmiyyəti, Bakı-2014, səh. 610-613
2.Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutu Naxçıvan MR şöbəsinin çoxillik elmi fəaliyyətinə qısa baxış.
3.Ermənistan(Mezdamor) AES region üçün təhlükə mənbəyidir. Beynəlxalq konfransın materialları. Azərbaycan Politexnik Universiteti, Bakı , dekabr, 2014
4.Solid material current in rivers of Nakhchivan Autonomous Republic in Southern Caucasus and its evolution. The science and education at the beniginng of the 21-st century in Turkey. St. Kliment Orhidski University
5.Güney Kafkasyada Aras su kavşağı barajındaki bazı metallerin (kontaminant etkilerinin) ekocoğrafi bakımdan incelenmesi.
6.Radyoaktif kaynakların (Metamor Nukleer Santrali bölgesinin ) ekoiqlim bakımdan degerlendirilməesi: Güney Kafkasya ve yakın çevresi ölçeginde Giresun Universitesi Sosyal Bilimler Enstitutu , Karadeniz sosyal bilimler dergisi. Bahar 2014, sayfa 105-123
7.Kafkasyanın açık hava müzesi: Gemikaya .İrs Tarih bilinci 1(9), İlkbahar Ankara 2014 sayfa 11-18
8.The formations and dynamics of the aquatic complex on Aras water junction reservoir in the Southern Caucasia. The science and education at the beginning of the 21st century in Turkey . St. Kliment Orhidski University press, Sofia-2014 Volume: 2 p-592-599
9.Гидрохимичский режим рек Нахчыванской АР.2-ci “Xəzər Beynəlxalq su texnologiyaları” konfransının materialları.Azərbaycan Respublikasının “ Azərsu” açıq səhmdar cəmiyyəti, Bakı-2014, səh. 461-465
10.Геморфологически формы поверхностного карта Дуздагского плато . NDU xəbərlər. Naxçıvan 2014
11.Иползование голоиндигации в иследование ладшафтных комплексов Приаракса .Scholarly discussion. Innovations of the modern world. International centre of science and education. Moscow 2014, № 4(24), c 98-102
12.Пещеры Дуздагской картовой области , NDU, Xəbərlər. 2014
13.“Azərbaycan tarixi coğrafiyasının  aktual problemləri” mövzusunda elmi konfrans
14.XVI əsr və XIX əsrin əvvəllərində böyük ipək yolu üzərində Naxçıvan diyarının iqtisadi coğrafi səciyyəsinə dair,  Beynəlxalq İpək yolu konfransı, 16-17 oktyabr, 2015.
15. Natural Factorors Affecting Karez Formation in Arid semi-Arid Areas/ The sceence and education at the Beginning of the 21 st sentury. St Kliment Orhidski University Press Sofia-2015.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image