Natiqə Salmanova

Natiqə Heyrat qızı Salmanova 23 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub. 1986-cı ildə H. Cavid adına 5№li orta məktəbə daxil olmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir.
1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Təbiətşünaslıq” fakültəsinin “Biologiya” ixtisasında bakalavr təhsili almışdır. 
2002-ci ildə Naxçıvan şəhər 705 saylı hərbi-hissənin nəzdindəki orta məktəbdə biologiya müəllimi kimi fəaliyyətə başlamışdır.  
2006-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində “Botanika” ixtisası üzrə magistratura təhsili almışdır.
2011-ci ildə Naxçıvan şəhər Ekoloji Tərbiyə Mərkəzində dərnək rəhbəri vəzifəsində çalışmışdır.
2014-cü ildən “Naxçıvan” Universitetinin “Təbiət elmləri” kafedrasında laborant vəzifəsində çalışmağa başlamış, hal-hazırda “Naxçıvan” Universitetinin “İdarəetmə” fakültəsində fakültə katibi vəzifəsində çalışır və “Təbiət elmləri” kafedrasında saathesabı müəllim kimi fəaliyyət göstərir.                                                  

  Məqalə

 1.Azərbaycanda səhralaşma və torpaq deqradasiyasına qarşı mübarizə tədbirlərinin tədrisinə dair. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərləri” 2016 N1 “Məktəb” nəşriyyatı. Naxçıvan 2016 (dos. A.Y.Səfərov)             
 2.  Coğrafi mühit ilə bitkilərin spektral xüsusiyyətləri arasındakı qarşılıqlı əlaqənin tədqiqinə dair.   “Naxçıvan”  Universiteti  “Elmi əsərlər”  2017    № 4 (7) (dos.N.Bababəyli, S.Əliyeva, G.Cəlilova)