Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olmuşdur. 1995-2006-ci illərdə  F.Məmmədov adına Kolanı kənd tam orta məktəbində orta təhsil almışdır. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili almışdır. 2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili almışdır.
Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində işləyərək başlamışdır. 2014-cü ildən "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.
O, 2018-ci ildə Rumıniyanın Piteşti şəhərində yerləşən Piteşti Universitetində “Erasmus+” proqramı çərçivəsində “Müəllim mübadiləsi layihəsi”nə əsasən “Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri”, “Azərbaycan və dünya təcrübəsi fərqləri” mövzularında mühazirə oxumuşdur.
N.E.Cahidzadə bir neçə fənn proqramı və məqalələrin müəllifidir.

 e-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image