İbrahimova Səmayə Qədirxan qızı 1972-ci il aprelin 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1979-cu ildə Naxçıvan şəhərində M.T. Sidqi adına 8 №-li orta məktəbin I sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbin VIII sinfini bitirib, Naxçıvan şəhərində A. Şadlınski adına 12 №-li orta məktəbin IX sinfinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbi bitirib.
   1989-cu ildə N.Nərimanov adına ATU-nun Pediatriya fakültəsinə daxil olmuşdur. 1995-ci ildə universiteti bitirmişdir.
  1995-1996-cı illərdə Naxçıvan şəhər Mərkəzi Uşaq Xəstəxanasında internatura keçmişdir. 1996-cı ildən 2007-ci ilədək həmin xəstəxanada həkim pediatr vəzifəsində işləmişdir. 2007-ci ildən Naxçıvan MR Səhiyyə Nazirliyində Ümumi İşlər sektorunda baş məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Həmin nazirliyin Kadrlar, Elmi və Təhsil sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmiş, hal-hazırda həmin nazirlikdə Ümumi İşlər sektorunun müdiri vəzifəsində işləyir. Həmçinin “Naxçıvan” Universitetinin  “Təbiət elmləri” kafedrasında “Mülki-müdafiə və tibbi biliklərin əsasları” fənnini tədris edir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image