Hicran Əliyev

    Hicran Əmir oğlu Əliyev 1963- cü ildə Babək rayon Təzəkənd kəndində anadan olmuşdur.1970-1980-ci illərdə Babək rayonu Xıncab kənd orta məktəbində təhsil almış və fərqlənmə  ilə bitirmişdir.1980-1985-ci ildə Azərbaycan Dövlət Texniki Universitetində ali təhsil almışdır.1991-1992-ci illərdə Vilnus İdarəetmə Akademiyasında təhsil almış, 2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə II təhsil almışdır. Nax.MR Statistika Komitəsinin  aparıcı mütəxəssisidir. 2013-cü ildən bəri NÖU-da indiki adı ilə "Naxçıvan" Universiteində çalışır. 7 oktyabr 2011-ci ildə “Naxçıvan Muxtar Respublikasının 20 il ərzində keçdiyi tarixi yol” elmi-praktiki konfransda iştirak edib. Rus dilini bilir.