Günel Əliyeva

    Günel İsmayıl qızı Əliyeva 1985-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1991-ci ildə Naxçıvan şəhər 15 saylı orta məktəbin I sinfinə daxil olmuş, 2001-ci ildə həmin məktəbi bitirmişdir. 2003-cü ildə Naxçıvan Özəl Universitetinin  Pedaqoji fakültənin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına daxil olmuş, 2007-ci ildə oranı bitirmişdir. 2007-ci ildən Naxçıvan Universitetinin Pedaqogika və psixologiya kafedrasında baş laborant işləyir. 2009-2010-cu illərdə Naxçıvan Özəl Universitetində indiki adı ilə "Naxçıvan" Universitetində müəllim işləyib.