Gülnar Hacıyeva

Hacıyeva  Gülnar Arif qızı 1987-ci il iyulun 23-də Naxçıvan şəhərində anadan olmuşdur. İbtidai təhsilinə 1994-cü ildə Naxçıvan şəhər 11 №-li orta məktəbində başlamışdır. 2005-ci ildə orta məktəbi bitirərək Naxçıvan Dövlet Universitetinin Riyaziyyat ixtisasina daxil olmuşdur. 2009-cu ildə həmin universitetdən məzun olmuşdur. 2013-cü ilin oktyabr ayından “Naxçıvan” Universitetinin Nəşriyyat şöbəsində kompüterçi vəzifəsində çalışmağa başlamışdır. Hazırda Ümumi işlər şöbəsində operator olaraq işləyir.