Fəridə Akif qızı Səfərova 1972-ci il Bakı şəhərinin Xətai rayonunda anadan olub. Ailə vəziyyətinə görə 1979-cu ildə Culfa rayon Xanəgah kəndinə köçmüşdür. 1990-ildə Culfa rayon Xanəgah kənd tam orta məktəbini “gümüş” medalla bitirmiş və Naxçıvan Dövlət İnstitutunun Təbiətşünaslıq-riyaziyyat fakültəsinin Kimya-biologiya ixtisasına daxil olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq-riyaziyyat fakültəsinin Kimya-biologiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin “Regionun inkişaf problemləri ” elmi -tədqiqat laboratoriyasına elmi işçi vəzifəsinə təyin edilmiş və müxtəlif mövzularda tədqiqat işləri yerinə yetirmişdir. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin “Botanika” kafedrasının dissertantı olub. 8 may 2014-cü ildə “Naxçıvan Muxtar Respublikası florasının zəhərli bitkiləri, onların bioekoloji xüsusiyyətləri və fitosenozlardakı rolu” mövzusunda dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda Naxçıvan Dövlət Universitetinin “Botanika” kafedrasının müəllimidir.
2014- cü ildən "Naxçıvan" Universitetinin “Təbiət” kafedrasında saat hesabı müəllim vəzifəsində işləyir. 23 məqalə və tezis dərc olunmuşdur ki, bu məqalə və tezislərin 2-si nüfuzlu beynəlxalq jurnallarda nəşr olunub.

Elmi əsərlər

1.Səfərova F.A. Naxçıvan Muxtar Respublikası florasının zəhərli və zərərli bitkilərinin xarakterik xüsusiyyətləri. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Qeyrət,Naxçıvan, 2008, №3(23), s. 50-53
2.Talıbov T.H., İbrahimov Ə.Ş., Səfərova F.A. Euphorbiaceae Juss. - Süddüyənkimilər fəsiləsinin sistematik icmalı və tədrisi metodikası. Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, Naxçıvan: Məktəb nəşriyyatı, 2008. №3 (15), s. 46-51
3.Talıbov T.H., Səfərova F.A. Orobanchaceae Vent. - Orobanşkimilər fəsiləsinin sistematik icmalı və tədrisi metodikası. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Naxçıvan Müəllimlər İnstitutu. xəbərləri, Naxçıvan: Məktəb nəşriyyatı, 2008, № 4 (16), s. 65- 70
4.Talıbov T.H., Səfərova F.A. Naxçıvan Muxtar Respublikasının flora biomüxtəlifliyinin taksonomik spektri. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Qeyrət, Naxçıvan, 2009, №(26), s. 3-13
5.Səfərova F.A. Naxçıvan Muxtar Respublikası florasının zəhərli və zərərli bitkiləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Aspirantların və gənc tədqiqatçıların XIII Respublikası elmi konfransının materialları. Bakı. 2009, s. 47- 48
6.Səfərova F.A., Talıbov T.H. Naxçıvan Muxtar Respublikası otlaqlarının yaxşılaşdırılması yolları // Azərbaycan Milli Elmlər Akademiyası Biologiya Elmlər Bölməsi, Mərdəkan Dendrarisi. Beynəlxalq konfrans, Bakı: Elm, 2010, s. 332-337
7.Səfərova F.A. Naxçıvan MR florasında yayılan Ranunculaceae Adans. - Qaymaqçiçəkkimilər fəsiləsinin zəhərli növləri. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Qeyrət, Naxçıvan, 2010, № 2, s. 49-53
8.Talıbov T.H., Səfərova F.A. Naxçıvan Muxtar Respublikası otlaqlarında yayılmış bəzi zərərli və zəhərli bitkilər. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Qeyrət, Naxçıvan, 2010, №1, s. 42- 48
9.Talıbov T.H., İbrahimov Ə.M., Səfərova F.A. Naxçıvan Muxtar Respublikası florasının Apiaceae Lindl. - Kərəvüzkimilər fəsiləsi bitkiləri və onun tədrisi metodikası. Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Müəllimlər İnstitutu. Xəbərlər, Naxçıvan: Məktəb nəşriyyatı, 2010, № 3 (23), s. 40-46
10.Talıbov T.H., İbrahimov Ə.Ş., Səfərova F.A., Abbasov N.K. Naxçıvan MR otlaqlarının zərərli- zəhərli bitkilərinə qarşı mübarizə tədbirləri. AMEA Botanika İnstitutunun elmi əsərləri. Bakı, Təhsil, EİM, 2010, c.XXX , s. 126-132
11.Səfərova F.A. Naxçıvan MR-in Qırmızı Kitabına daxil olan Ranunculaceae Adans. - Qaymaqçiçəkkimilər fəsiləsinin zəhərli növləri. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Qeyrət, Naxçıvan, 2012, №1, s. 42- 48
12.Talıbov T.H., İbrahimov Ə.M., Səfərova F.A. Dipsacales və Campanulales sıralarında edilən nomenklatur dəyişikliklər. Xəbərlər. Təbiət və texniki elmlər seriyası. AMEA Naxçıvan Bölməsi. Naxçıvan, Tusi, 2011, № 2, c. 7, s. 65-72
13.Талыбов Т.Г., Сафарова Ф.А., Ибрагимов А.Ш. Ядовитые растения зимних пастбищ Нахчыванской Автономной республики и меры борьбы с ними. International Conference “Diversity, characterization and utilization of plant genetic resources for enhanced resilience to climate change” Abstracts, Baku, Azerbaijan, October 3-4, 2011, p.198-201
14.Səfərova F.A. Naxçıvan Muxtar Respublikasının yay otlaqlarının zəhərli bitkiləri. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Qeyrət, Naxçıvan, 2011, № 2, s. 33-36
15.Сафарова Ф.А. Факторы, влияющие на динамику развития ядовитых растений Нахчыванской Автономной Республики. Международный технико-экономический журнал. Москва № 1, 2012, с.124-127
16.Səfərova F.A. Naxçıvan MR florasında Akonitum L.- Akonit cinsinin növləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Aspirantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının materialları. Bakı, 2012, s. 78-81
17.Сафарова Ф.А. Роль в фитосенозах рода Аконит (Aconitum L.) во флоре Нахчыванской АР. Материалы ХI международной научно-практической конференции «Современные проблемы гуманитарных и естественных наук». Москва, 2012, с.46-49
18.Talıbov T.H., İbrahimov Ə.M., Səfərova F.A. Naxçıvan MR florasında Caryophyllidae sinifüstünə daxil olan fəsilələrin taksonomik icmalı AMEA Naxçıvan Bölməsi. № 2,c 9 Naxçıvan, Tusi, 2013, s. 53-65
19.Səfərova F.A. Naxçıvan MR-də yayılan Danaayağıkimilər - Araceae Adans. fəsiləsinin bioloji xüsusiyyətləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Naxçıvan Dövlət Universiteti. Regional inkişaf və böyük mədəniyyət: mənşə, harmoniya və tipologiya məsələləri. Beynəlxalq konfrans. Naxçıvan, 2013, s.15-16
20. Naxçıvan MR otlaqlarında zəhərli bitkilərin inkişaf dinamikasına heyvandarlıq təsərrüfatlarının təsiri. NDU. Elmi Əsərlər, 2014

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image