Emelya Süleymanova

   Emelya Şaxavət qızı Süleymanova 1993-cü ildə Kəngərli  rayon Qarabağlar kəndində  anadan olmuşdur. 2000-ci ildə Qarabağlar kənd Sabit Səfərov adına 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbi bitirmişdir. 2011-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinə daxil olmuş və 2015-ci ildə həmin fakültənin İbtidai sinif müəllimliyi ixtisasını bitirmişdir. 2015-ci ildən Naxçıvan Dövlət Universitetinin  magistratura pilləsinə qəbul olub. 2017-ci ildə Pedaqogika nəzəriyyəsi və tarixi  ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2017- ci ildən “Naxçıvan” Universitetində biblioqrafiya vəzifəsində işləyir.