Elmira Abdulla qızı Hüseynova 1986-cı ildə Babək rayon Badaşqan kəndində anadan olmuşdur. 1993-cü ildə Babək rayon Yarımca kənd orta məktəbinin I sinfinə daxil olmuşdur. 1999-cu ildən Culfa şəhər 1 №-li orta məktəbdə təhsilini davam etdirmişdir. 2004-cü ildə həmin məktəbi bitirmişdir. 2004-cü ildə Naxçıvan Özəl Universitetinin “İngilis dili və ədəbiyyat” ixtisasına daxil olmuşdur. 2008-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2008-2009-cu illərdə Culfa şəhər 1 №-li orta məktəbində müəllim işləmişdir. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsinin “Xarici Dillər (ingilis dili)” ixtisasına daxil olmuşdur. 2011-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2009 –ci ildən “Naxçıvan” Universitetində müəllim olaraq işləyir. 2013 - ci ildən 2014-cü ilə qədər Beynəlxalq Əlaqələr şöbəsində Grand layihələr üzrə menecer vəzifəsində işləyib. 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin Doktorantura şöbəsinin German dilləri istiqaməti üzrə dissertantıdır.

2016-2017-ci illər ərzində Tempus Comolte layihəsi və Erasmus plus AESOP layihələrinin koordinatoru olub. 2017-ci ildən “Naxçıvan” universitetində fəaliyyət göstərməyə başlayan İdrak Hazırlıq Mərkəzinin ideya müəllifi, təsisçisi və direktorudur. Həmçinin İdrak Hazırlıq Mərkəzi nəzdində açılan Xaricdə Təqaüd Proqramları üzrə mərkəzin də rəhbəridir.

Macarıstan, Almaniya, İsveç, İtaliya, Portuqaliya, Polşa,Ukrayna, Gürcüstan və Belarusiyada konfrans və təlimlərdə iştirak edib, çoxlu sayda sertifikatları vardır.

Hal-hazırda "Naxçıvan" Universitetində  dil koordinatoru, baş müəllim və tələbə ombudsmanı kimi fəaliyyət göstərir.

 Kitabları:

English for Everyone

English for Everyone 2

12 elmi məqaləsi var.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image