Ellada Səfərova

    Ellada Zülfüqar qızı Səfərova 27 may 1963-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1970-1980-ci illərdə Naxçıvan şəhər 1№-li orta məktəbdə təhsil alıb. 1980-1981-ci illərdə Bakı şəhəri İnformasiya Hesablama Mərkəzində operator vəzifəsində işləmişdir. 1982-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Ümumi Texniki fənlər əlavə Fizika ixtisasına daxil olmuş, 1987-ci ildə oranı bitirmişdir. 1987-1991-ci illərdə Naxçıvan DSMF-də inspektor vəzifəsində işləmişdir. 1991-1994-cü illərdə Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist vəzifəsində işləmişdir. 1994-2004-cü illərdə Naxçıvan şəhər 1№-li orta məktəbdə fizika müəllimi kimi çalışmışdır. 1998-ci ildən Naxçıvan Dövlət Universitetində baş laborant vəzifəsində işləmişdir. 2004-cü ildə Naxçıvan Dövlət Universitetində Nəzəri fizika üzrə “Zəif maqnit sahəsində neytrino-elektron və antineytrino-elektron səpilmə reaksiyaları” mövzusunda dissertant olmuşdur. Məqalələri Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda və Qazaxstan Respublikası Elm və Təhsil nazirliyinin Manqistaus “Bolaşak” İnstitutunda və Müəllimlər İnstitutunda nəşr olunmuşdur.  2009-cu ildə Naxçıvan Özəl Universiteti “İdrak” tədris mərkəzində komputer kursları üzrə sertifikat almışdır. Tarixi İpək yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafi məsələləri mövzusunda  Beynəlxalq İpək yolu konfransında iştirak etmişdir. 2011-ci ilin oktyabr ayından Naxçıvan Özəl Universitetində indiki adı ilə "Naxçıvan" Universitetində “Ümumi şöbə” müdiri, 2014-cü ilin oktyabr ayından isə “Ümumi işlər və kadrlar” şöbəsinin müdiri vəzifəsində işləyir. Yeni Azərbaycan partiyasının üzvüdür. Evlidir. 2 övladı var.


e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.