Əlibəyli Elçin Hümbət oğlu 09 iyun 1991-ci ildə Şərur rayonun Xok kəndində anadan olmuşdur. 1997-ci ildə Xok kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2008-ci ildə Naxçıvan Özəl Universitetinin İqtisadiyyat Fakültəsi İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisasına daxil olmuşdur. 2012-ci ildə həmin universiteti bitirmişdir.  2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Dövlət və Bələdiyyə Menecmenti ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur. 2015-ci ildə magistr təhsilini bitirmişdir. “Naxçıvan” Universitetinin İqtisadiyyat Fakültəsində tyutor olaraq işləyib. 2017-ci ildən isə “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsində tyutor vəzifəsində çalışır.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image