Cəmilə Mehdiyeva

   1962-ci il fevralın 26-da Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə M.T.Sidqi adına 4 №li orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Şahbuz rayon Biçənək kənd orta məktəbinin 9-cu sinfinə daxil olub, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 1985-ci ildə Naxçıvan Pedaqoji İnstitutunun “Azərbaycan dili və ədəbiyyat” ixtisasına daxil olmuş, 1990-cı ildə həmin institutu bitirmişdir. 1991-ci ildən 2002-ci ilə qədər Naxçıvan Dövlət Universitetinin arxivində işləmişdir. 2008-ci ildən 2014-cü ilə qədər Naxçıvan Özəl Universitetində Arxiv müdiri vəzifəsində işləmiş, 2014-cü ilin oktyabr ayından “Naxçıvan” Universitetində arxivçi vəzifəsində işləyir.