Babazadə Zamin

Babazadə Zamin İsrafil oğlu 21.07.1992-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Aşağı Yaycı kəndində anadan olub. 1998-ci sentyabr ayının 15 də Şərur rayon Aşağı Yaycı kənd orta məktəbinin birinci sinifinə başlayıb. 2009-cu il Naxçıvan Özəl Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına daxil olub. 2013-cü ildə həmin universitetdən məzun olub. 2013-2014-cü illər ərzində Azərbaycan silahlı qüvvələri sıralarında hərbi xitmətdə olub. 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı (magistr) ixtisasına qəbul olub. 2016-cı ildə həmin universitetdən məzun olub. 2016-2020-ci illərdə Şərur rayon Yuxarı Yaycı kənd tam orta məktəbində pedeqoji fəaliyyətlə məşğul olub. 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır. Hal-hazırda “Naxçıvan” Universitetində Kitabxana müdiri vəzifəsində çalışır.  

Məqalələrin siyahısı:

  1. “M.Dilbazinin yaradıcılığında məhəbbət mövzusu” Azərbaycan Müəllimlər İnstitutu “Xəbərlər” jurnalı №4, 2015 səh 126. cəm 200
  2. “Mirvarid Dilbazi yaradıcılığında dil-üslub əlvanlığı” Naxçıvan Müəllimlər İnstitutu Xəbərləri, cild 12 №1. 2016. Səh 88. cəm 144
  3. “M.F.Axundzadənin ədəbi-tənqidi görüşləri” Gəncə Dövlət Unuiversiteti Gənc alimlərin III beynəlxalq elmi konfransı. 17-18 oktyabr 2018. Səh 298 cəm320
  4. “M.F.Axundzadə obrazı Azərbaycan şairlərinin şeirlərində” Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər” jurnalı I cild, №5 (94) səh 63 cəm 262
  5. “Ə.Haqverdiyevin “Xəyalat” dramında M.F.Axundzadə obrazı”, “Naxçıvan” Universiteti “Elmi əsərlər” 2018. №3(10). Səh 175, cəm 274
  6. Mirzə Fətəli Axundzadənin Azərbaycan dramaturgiyasında yeri” Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, “Axtarışlar” 2018 №4 səh 55, cəm 200
  7. “H.Hüseynzadənin “Ürəklər birləşəndə” poemasında M.F.Axundzadə obrazı” Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, “Axtarışlar” 2019 №2, cild 10, səh 36. cəm 235
  8. “Şəfaət Mehdiyevin “Mirzə Fətəli” pyesində M.F.Axundzadə obrazı” Bakı Slavyan Universiteti Azərbaycanşünaslığın Aktual Problemləri X beynəlxalq konfrans 2019. Səh 63, cəm 486
  9. “Çingiz Hüseynovun “Fətəli Fəthi” romanında M.F.Axundzadə obrazı” Gəncə Dövlət Unuiversiteti Gənc alimlərin IV beynəlxalq elmi konfransı. 25-26 oktyabr 2019. Səh 298 cəm320