Bülbül Novruzova

Bülbül Sabir qızı Novruzova 1995-ci il 27 noyabr  tarixdə Naxçıvan şəhərində anadan olmuşdur.2002-2013-cü illərdə Naxçıvan şəhər Qızlar liseyində təhsil almışdır.
2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinidə Xarici (ingilis) dili müəllimliyi ixtisasına yiyələnmiş, 2017-2019-cu illərdə həmin  universitetin magistratura - İngilis dili (dilşünaslıq) ixtisası üzrə təhsilini davam etmişdir.
2017-ci ildən  “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin “Xarici dillər” kafedrasının saat hesabı müəllimi, 2018-ci ildən isə “Xarici dillər” fakültəsində fakültə katibi vəzifəsində çalışır.