Aytən Məmmədova

    Aytən Nizami qızı Məmmədova 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə  Naxçıvan şəhər H.Cavid adına 5 №-li orta məktəbin I sinfinə daxil olmuş, 1999-cu ildə Naxçıvan Qızlar liseyinə daxil olmuş, 2005-ci ildə həmin liseyin XI sinfini bitirmişdir. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin Biologiya ixtisasına daxil olmuş, 2009-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.2011-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura bölməsinin Pedaqogika Nəzəriyyəsi və Tarixi ixtisasına daxil olmuş, 2013-cü ildə oranı bitirmişdir. 2009-2011-ci illərdə  Naxçıvan Tibb kollecində müəllim vəzifəsində işləmişdir. 2009-2010-cu illərdə “Naxçıvan” Universitetinin Pedaqogika və psixologiya kafedrasında Pedaqogika müəllimi vəzifəsində işləmişdir. 2013-cü ildən “Naxçıvan” Universitetində müxtəlif vəzifələrdə çalışmış,  2014-cü ildən Pedaqogika və psixologiya kafedrasında Pedaqogika müəllimi işləyir.