Aynurə Qulamova

    Aynurə Heyrat qızı Qulamova 1982 –ci ildə Babək rayonunun Xətai kəndində anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə Hüseyn Cavid adına 5 saylı orta məktəbində almışdır. 1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetin Təbiətşünaslıq fakultəsinin  “Biologiya” ixtisası üzrə ali təhsil almışdır. 2007-ci ildə Naxçıvan Dövlət Universitetində magistraturaya  daxil olmuş, 2009-cu ildə  bitirmişdir. 2003-2012-ci illərdə Hidrometerologiya idarəsinin Tədqiqat laboratoriyasında şöbə müdiri vəzifəsində işləmişdir. Hazırda “Naxçıvan”  Universitetinin  “İqtisadiyyat” kafedrasının baş laborantı və müəllimidir.Yeni Azərbaycan Partiyasının üzvüdür.