Aynur Zahir qızı Əliyeva

    Aynur Zahir qızı Əliyeva 21 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. 1998-ci ildə Culfa şəhər 2 nömrəli tam orta məktəbinin I sinfinə daxil olub, 2009-cu ildə həmin məktəbi bitirib. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisasına daxil olub. 2011-2013-cü illər ərzində universitetin “Yeni fikir” qəzetində redaktor müavini vəzifəsində çalışıb. 2013-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildən 2015-ci ilə qədər NMR ƏƏSMN Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Xidmətlər Sektorunda baş məsləhətçi vəzifəsində işləyib. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsinin “Həyatın müxtəlif sahələrində sosial iş” ixtisasına qəbul olub. 2020-ci ilin sentyabr ayından “Naxçıvan” Universitetində redaktor - korrektor vəzifəsində çalışır.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image