Anara Azər qızı Nəsirli 31 may 1978-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1984-cü ildə Naxçıvan şəhər Aleksandr Serqeyeviç Puşkin (indi Vəli Zeynalov) adına 3 saylı orta rus məktəbinin I sinfinə daxil olub, 1994-cü ildə həmin məktəbin X sinfini bitirib.
1996-ci ildə Naxçıvan Özəl Universitetinin Xarici dil müəllimliyi ixtisasına daxil olub. 2000-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildən 2005-ci ilə qədər Naxçıvan Özəl Universitetində Xarici dil (İngilis) müəllimi vəzifəsində işləyib. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsinin “Xarici dillər(İngilis dili)” ixtisasına qəbul olub və fərqlənmə ilə magistr təhsilini başa vurub.
2005-ci ildə Bakı şəhərinə köçüb və həmin ilin sentyabr ayından 2007-ci ilin okyabrına qədər orada “Lider Media Holding” televiziyasında tərcüməçi-müxbir vəzifəsində işliyib.
2009-cu ilin sentyabr ayından yenidən Naxçıvan Özəl Üniversitetində Xarici dil müəllimi, 2014-cü ildən isə baş müəllim vəzifəsində çalışıb. 16 sentyabr 2013-cü ildən “Xarici dillər” kafedrasının müdiridir.
İştirak etdiyi ixtisasartırma kursları və Sertifikatları:
- May, 2001 \ Beynəlxalq Biznes İnkişafı Proqramları ilə Marketinq Turizminə Giriş \ Naxçıvan, AZƏRBAYCAN (sertifikatlı)
- 26 iyul -5 avqust, 2012 \ Schools Moodle system in XXI century schools \ Şimali Kipr, TÜRKİYƏ (sertifikatlı)
- 16 - 26 iyul, 2012\ International professional English courses for teachers\ Şimali Kipr, TÜRKIYƏ (sertifikatlı)
- 14 - 19 aprel, 2014 \ English language teachers training course by US Embassy in Nakhchivan\ Naxçıvan, AZƏRBAYCAN (sertifikatlı)
- 16-dan 19 mart, 2016\ COMOLTE tempus layihəsi çərçivəsində təlim kursu \ Minsk, BELORUSİYA
- 2 – 4 may, 2017\ AESOP tempus layihəsi çərçivəsində ixtisasartırma kursu\ L'Aquila, İTALİYA (sertifikatlı)
- 24 – 27 may, 2017 \ AESOP tempus layihəsi çərçivəsində ixtisasartırma kursu, Braga, PORTUQALİYA (sertifikatlı)
- 2 iyun, 2017\ “Təmiz dünya” İçtimai birliyinin keçirdiyi “Naxçıvanda İslam mədəniyyəti və gənclərdə tolerantlığın inkişaf etdirilməsi” seminar-treyninq\ Naxçıvan, AZƏRBAYCAN (sertifikatli)
Məqalələri:
- Nəsirli A.A.\ Some problems of translating phraseological units (idioms) \ AMEA-nın Naxçıvan bölməsi, Axtarışlar №4, V cild, Naxçıvan - 2015
- İngilis dilində frazeoloji birləşmələrin bəzi semantik xüsusiyyətləri – NDU, Elmi əsərlər №5 (86)- I cild\ “Qeyrət”nəşriyyat, Naxçıvan – 2017
- İngilis dilçiliyində frazeoloji sinonim və antonimlər tədqiqat obyekti kimi\ Elmi əsərlər, Naxçıvan, NU №3(6)– “Nuh”, 2017
- Müasir ingilis dilində insani keyfiyyətləri ifadə edən frazeoloji vahidlər - somatizmlərin funksional təhlili\ Elmi əsərlər, NU №4(7)– “Nuh”, 2017
- İngilis dilində komparativ frazeoloji birləşmələrinin bəzi struktur-semantik xüsusiyyətlərinin təhlili (azərbaycan dili ilə müqayisəli)\Filologiya məsələləri\ Elm və təhsil, Bakı-2018
- İngilis dilində somatik frazeoloji vahidlər (SFV), o cümlədən insanin şəxsi xarakteristikasini təsvir edənlər\ Gəncə -2018
- Насирли А.А. About some English comparative phraseological units and their semantic pecularities // Интернаука: научный журнал. № 11(45). – М., Изд. «Интернаука», 2018.
İştirak etdiyi beynəlxalq konfranslar:
- 17-18 Noyabr, 2017/ The 10th International Scientific Conference “Internationalization of Higher education: Challenges and Perspectives”\ Mövzu: “ The origin of phraseological units - neologisms in modern English” \Gory, GÜRCÜSTAN